Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində sel fəlakətində ölənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazir qeyd edib ki, daha bir nəfərin meyiti tapılıb. Bununla da sel səbəbindən həyatını itirənlərin sayı 18-ə çatıb. Şanlıurfada 16, Adıyamanda 2 nəfər həyatını itirib.
Bizim.Media