ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Yaxın günlərdə Birləşmiş Ştatlarından Ukraynaya daha bir hərbi yardım göstərildiyinə dair elan eşidəcəksiniz”, - deyə Kirbi bildirib.
O, yeni hərbi yardım paketinə daxil olacaq silahların adını açıqlamayıb.
Bizim.Media