Rostov-na-Donu şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin binası yanır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yanğına anbarda baş verən partlayışın səbəb olduğunu yazıb.
Yanan binanın yaxınlığında da partlayışların olduğu deyilir.
Ehtimal olunur ki, ərazidə sursat anbarları yerləşir.
Bizim.Media