Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ABŞ-li həmkarı Lloyd Ostinlə arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, ötən gün ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısının beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” pilotsuz təyyarəsinin qarşısını almağa cəhd etdiyi ilə bağlı məlumatlar yayıb.
Bildirilib ki, “Su-27”lərdən biri “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub.
Bizim.Media