Türkiyədə son sutka ərzində 80 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, 7857 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 983, virusa yoluxanlar isə 2 631 876 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 518 758 pasiyent (son sutkada 7210 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media