Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubaydakı məşhur "CZN BURAK" restoranını ziyarət edərək restoranın sahibi olan türk aşpaz Burak Özdemirlə görüşüb.
Bizim.Media xəbər verir ki, Kadırov bu barədə "VKontakte" hesabında məlumat verib.
Kadırov Özdemirin göstərdiyi Türk qonaqpərvərliyinə görə təşəkkürünü bildirib və gənclər belə uğurlu iş adamlarından örnək götürməlidir deyə vurğulayıb.
Görüşün sonunda Çeçenistan prezidenti və Burak Özdemir "Əhməd gücdür" yazısı olan tort ilə şəkil çəkdiriblər.
Bizim.Media