Türkiyənin İstanbul şəhərinin ətrafında polis məntəqəsinə hücüm olub.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, əvvəlcə partlayış baş verib, sonra atışma başlayıb. Polislərin bildirdiyinə görə, terrorçular məntəqəyə doğru bir neçə əl qumbarası atıblar.
Hücum nəticəsində heç kim xəsarət almayıb. İki terrorçu məntəqənin içinə daxil olublar və silahlı atışmaya davam edirlər. “Haaretz”x9d qəzetinin məlumatına görə, polis məntəqəsinin binasını iki terrorçu-qadın ələ keçirib.
Hadisə Bayrampaşa rayonunda meydana gəlib. Hal-hazırda hüquq-mühafizə orqanları terrorçuları zərərsizləşdirmək üçün əməliyyat həyata keçirirlər.
Ramil Həsənli