.Omanda avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 18 nəfər həlak olub və 14 nəfər yaralanıb. Moderator.az xəbər verir ki, bu barədə “Associated Press”x9d agentliyi məlumat yayıb.
Qəza Omanın paytaxtı Maskat şəhərindən qərbdə yerləşən İbri və Fahud şəhərləri arasındakı yolda baş verib. Yol-nəqliyyat hadisəsinin səbəbləri polis tərəfindən araşdırılır.
Oman ”“ Ərəbistan yarımadasının cənub-şərqində yerləşən dövlətdir və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən ilə həmsərhəddir.
Ramil Həsənli