Türkmənistanda 14 yaşlı cüdoçu Süleyman Tursunbayev yarışın finalında prezident Qurbanqulu Berdiməhəmmədovun qohumu ilə qarşılaşıb. Təşkilatçılar Tursunbayevə təklif ediblər ki, prezidentin qohumuna uduzsun.
O da əksini edib, onu məğlub edib.
Bizim.Media xəbər verir ki, məlumatı “Turkmen News’ müstəqil xəbər saytı yayıb.
Mənbə yazır ki, yarış bitəndən sonra cüdoçunun müəllimini də, özünü də ölümünə döyüblər. 14 yaşlı idmançı xəstəxanada həyatını itirib, müəllimi isə ağır vəziyyərdədir.
Xəstəxanada çəkilən foto Tursunbayevin son saatlarını göstərir.
Bizim.Media