Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrində silah və sursat çatışmazlığı yaşandığını bildirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Zelenski bu barədə latviyalı həmkarı Egils Levits ilə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Bir nömrəli əksiyimiz artilleriyadır, bizə əsas lazım olan budur. Bizə həm sistemlər, həm də sursatlar, çoxlu sayda mərmilər lazımdır”, - Zelenski deyib.
Eyni zamanda o, silah qıtlığı səbəbindən Qərbin döyüş təyyarələri, tanklar, artilleriya və sursatların tədarükünü sürətləndirməli olduğunu qeyd edib.
Bizim.Media