Ukrayna Avropa Birliyinə (AB) qoşulduqdan sonra Qərb Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək.
Bizim.Media xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Sülh formulu beynəlxalq hüquq normalarına əsaslanan və 1991-ci il-də təyin olunan sərhədlər daxilində Ukraynanın tam ərazi bütövlüyünü təmin edən davamlı sülhün yaradılmasına imkan verəcək. Bu şərtlərsiz sülh davamlı olmayacaq ", - deyə Levits qeyd edib.
Latviya rəhbəri qeyd edib ki, Avropa Birliyinə və öz ölkəsinə davamlı sülh lazımdır.
Bizim.Media