Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət dövriyyəsinin 5 il ərzində 25 milyard dollara çıxacağı gözlənilir.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Azad Ticarət Sazişinin imzalanma mərasimindəki çıxışı zamanı məlumat verib.
Ərdoğanın sözlərinə görə, imzalanan Azad Ticarət Sazişi iki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətlərini asanlaşdıracaq.
Bizim.Media