Xarici işlər naziri Eli Kohen İsrailin Türkmənistanda səfirlik açacağı xəbərini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Eli Kohen bununla bağlı "Twitter" də paylaşım edib.
“İlk dəfə Türkmənistanda rəsmi daimi nümayəndəlik açırıq. Ölkələrimiz arasında əlaqələr mühüm və strateji xarakter daşıyır və bu addım əlaqələri daha da gücləndirəcək, əməkdaşlığın genişlənməsinə səbəb olacaq.
Biz İsrailin beynəlxalq aləmdə mövqeyini gücləndirməyə davam edəcəyik”, - XİN başçısı qeyd edib.
Bizim.Media