Türkiyə Böyük Millət Məclisində (TBMM) fevral ayında ölkənin bir sıra bölgələrində baş verən dağıdıcı zəlzələlərin nəticələrinin araşdırılması üçün “Zəlzələnin nəticələrini Araşdırma Komissiyası”nın yaradılmasına qərar verilib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Parlamentdə Kahramanmaraşda baş vermiş zəlzələlərin nəticələrinin hərtərəfli araşdırılması müzakirə olunub.
Həmçinin zəlzələyə davamlı bina fondunun yaradılması və tədbirlər görmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilən təkliflər nəzərdən keçirilib.
Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər.
Bizim.Media