“Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
Nazir bildirib ki, Kiyev İranın Rusiyanı pilotsuz təyyarələrlə təmin etməsinə görə cəzalandırılmasında israrlı olacaq:
“Məhz İrandan tədarük edilən pilotsuz təyyarələrlə Rusiya Ordusu Ukraynanın enerji və mülki infrastrukturuna hücum edərək ciddi ziyan vurub”.
Şmıqal qeyd edib ki, Tehrana Moskvaya dəstəyi dayandırması üçün təzyiq etmək lazımdır.
Bizim.Media