ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında qeyd edilib.
Bəyanata əsasən İranın bir sıra neft-kimya şirkəti, həmçinin 20 gəmi sanksiya siyahısına əlavə edilib.
Belə ki, İrana məxsus Buşer neft-kimya şirkəti, “Shiraz Petrochemical” neft-kimya şirkətin, “Global Marine Ship Management” və “Shanghai Xuanrun Shipping Company Limited” kimi Çin gəmiçilik şirkətləri, Vyetnamın neft-qaz şirkəti olan “Golden Lotus Oil Gas and Real Estate”, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən olan “Swedish Management” şirkəti “qara siyahı”ya əlavə edilib.
Bizim.Media