Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycandadır.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında bildirib.
Qeyd edilib ki, TDT Baş katibi Kubanıçbek Ömüralıyev bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edir.
Zirvədə çıxış edəcək olan Baş katib yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəcək.
Bizim.Media