Azərbaycanın BMT-yə üzv olmasından 31 il ötür

Bu gün Azərbaycanın BMT-yə tamhüquqlu üzv olmasından 31 il ötür.

Bizim.Media xəbər verir ki, 1992-ci il mart 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib.

Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib.
İlk gündən etibarən Azərbaycan BMT platformu, kürsüsü vasitəsilə dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə yönəltməyə, münaqişənin sülh yolu ilə həllinə səy göstərib. 1994-cü ildə Prezident Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışı Azərbaycan həqiqətlərinin BMT müstəvisində dünyaya çatdırılması baxımından mühüm hadisə kimi yadda qalıb. Heydər Əliyev çıxışında işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünü xüsusi ilə tənqid edib və beynəlxalq ictimaiyyəti bu təcavüzə göz yummamağa çağırıb.

1993-cü il ərzində BMT Təhlükəsizlik Şurasının tərəfindən Ermənistan - Azərbaycan münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunaraq hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələbi irəli sürülmüşdü. Lakin 27 il ərzində həmin tələblər kağız üzərində qalıb.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Ordu­muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, işğal altındakı ərazilərimizi qısa zamanda yağılardan azad edib.

Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşüb.

Azərbaycan BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığ (UNCHR), Uşaq Fondu (UNICEF), Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişafı Təşkilatı (UNIDO) kimi alt qurumları, habelə Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), Nüvə Sınaqlarının Əhatəli Qadağası Təşkilatı (CTBTO) kimi yardımçı təşkilatlarla yaxından əməkdaşlıq edir.

Belə ki, UNICEF ilə əməkdaşlıq Azərbaycanda qaçqın və məcburi köçkün uşaqları və yeniyetmələrin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. 1995-1997-ci, 1998-2000-ci illərdə ölkəmiz UNICEF İcraiyyə Komitəsinin üzvü olub.
Həmçinin 2000-2002-ci ildə BMT-nin Qadınların Statusu Komissiyasının da üzvü olmuş Azərbaycan bu qurum tərəfindən hərbi münaqişələr zamanı əsir və girov götürülən qadınların və uşaqların azadlığa buraxılmasına dair illik qətnaməsinin əsas təşəbbüskarlarındandır.

Bundan əlavə, Azərbaycan Respublikası 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən ayrılır? - Prezidentə müraciət edib

Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən ayrılır? - Prezidentə müraciət edib

Trampın qızı və kürəkəninin Albaniyadakı layihəsi ilə bağlı QALMAQAL BÖYÜYÜR - FOTO

Trampın qızı və kürəkəninin Albaniyadakı layihəsi ilə bağlı QALMAQAL BÖYÜYÜR - FOTO

Yas mərasimində zəhərlənənlərin SON DURUMU

Yas mərasimində zəhərlənənlərin SON DURUMU

Trampın Türkiyə səfərindən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi: Sui-qəsd təhlükəsi?

Trampın Türkiyə səfərindən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi: Sui-qəsd təhlükəsi?

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Samur-Abşeron kanalında gənc batdı

Samur-Abşeron kanalında gənc batdı

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO