ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Prezidentə "TikTok" sosial media tətbiqini, eləcə də hər hansı digər tətbiqləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, 24 konqresmen təşəbbüsü bəyənib, 16-sı isə əleyhinə çıxıb.
Qeyd edilib ki, qərar bu ayın əvvəlində Nümayəndələr Palatasının geniş iclasında səsə qoyulmalıdır.
Demokratlar komitə sədri Maykl Makkalın təşəbbüsü ilə hazırlanan qanun layihəsinə qarşı çıxırlar.
Bizim.Media