Finlandiyanın NATO-ya üzvlüklə bağlı qərarı təsdiqlənib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar ölkə parlamentində keçirilən səsvermədə qəbul olunub.
Səsvermə nəticəsində qərar 184 səslə qəbul edilib. 1 nəfər isə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ötən ilin may ayında müraciət ediblər.
Bizim.Media