Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qarabağla bağlı fikir mübadiləsi aparıblar, üçtərəfli bəyanatların icrası, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər.
Həmçinin söhbət zamanı ikitərəfli münasibətlər, habelə regional problemlər müzakirə olunub.
Bizim.Media