Aİ-nin Ermənistandakı missiyasının məqsədi açıqlandı

Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiya yerləşdirməkdə məqsədi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqdan ibarətdir.

Bizim.Media xəbər verir ki, Serbiyanın "Novosti" gündəlik tabloid qəzetindəki məqalədə belə deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirən məqalə müəllifləri bunun Rusiya əleyhinə yönəlmiş geosiyasi layihədən başqa bir şey olmadığını vurğulayaraq missiyanın regionda təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmayacağını əlavə edir.

Məqalədə Brüsselin, həmçinin, rəsmi Bakı tərəfindən bu təşəbbüsün tənqidinə də biganə yanaşdığı qeyd olunur. Ötən həftə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova missiyanın Bakı-İrəvan münasibətlərinin "normallaşması prosesinə mane ola" biləcəyini vurğulayıb.

"Rəsmi Moskva məhz Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmalar regionda vəziyyətin normallaşması üçün əsas ola biləcəyində israr edir.

Razılaşmalarda iki qonşu ölkənin sərhədlərinin demarkasiyası, nəqliyyat yollarının açılması, habelə, iki ölkənin vətəndaş qrupları, qanunverici və dini liderləri arasında əlaqələrin qurulması öz əksini tapıb", - məqalədə deyilir.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası (EUMA) 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə kömək, yerlərdə əməkdaşlığın tənzimlənməsi və Aİ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylər üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Avropa Komissiyasının məlumatlarına əsasən, EUMA-nın mülki personalı 100 nəfərdən, o cümlədən 50-ə yaxın mülki müşahidəçidən ibarət olacaq.

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək.

Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

End of content

No more pages to load

RADİO