Türkiyənin Hatay bölgəsində baş verən 6,4 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri yekunlaşıb.
Bizim.Media Türkiyə mediasına isitnadən xəbər verir ki, bölgədən verilən son məlumatlara görə dağıntılar altında heç kəsin qalmadığı bildirilir.
Zəlzələnin dağıntılarının aradan qaldırlması bağlı işlər isə davam edir.
Xatırladaq ki, ötən gün Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 294 nəfərə çatıb.
Bizim.Media