Türkiyənin Hatay vilayətində baş verən 6,4 bal gücündə zəlzələ Suriyanın şimalındakı Hələb şəhərində də təsirsiz ötüşməyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində şəhərdə bir neçə ev uçub, 47 nəfər müxtəlif xəsarətlər alıblar.
Hələb səhiyyə idarəsinin rəhbəri Ziyad əl-Hac Taha qeyd edib ki, zərər çəkənlərin ciddi xəsarətləri yoxdur.
Bizim.Media