Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Faiserin zəlzələ ilə əlaqədar Kahramanmaraşa səfər edəcəyi bildirilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Kristian Vaqner açıqlama verib.
Vaqner səfərin qısa müddətdə planlaşdırıldığı və proqram hazırlıqlarının davam etdiyi üçün ətraflı açıqlama verə bilməyəcəyini deyib.
Qeyd edilib ki, nazirlər Pazarcıkdakı çadır şəhərciyini ziyarət edəcək və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.
Bizim.Media