Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağdakı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şoyqu Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Qoşunlarının komandanı Yevgeni Nikiforova və Şərq Hərbi Dairəsinin qoşunlarının komandanı Rüstəm Muradova general-polkovnik rütbəsini təqdim edib.
Qeyd edək ki, Rüstəm Muradov Qarabağdakı sülhməramlıların komandanı olub.
Bizim.Media