Könüllülərimiz Türkiyədə minlərlə zərərçəkənə XİDMƏT EDİB - FOTO

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gənclər Fondunun məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan 100 nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edib, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb və digər dəstəkverici xidmətləri göstəriblər.

Könüllülər həmçinin onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər. 
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan gəncləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edib və təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstəriblər.

Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldib, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət ediblər.

Qeyd edək ki, Azərbaycan könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini yerli sakinlər çox yüksək qiymətləndirib, o cümlədən mütəmadi olaraq Türkiyənin rəsmi şəxsləri, millət vəkilləri, aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə ediblər.
Məlumat üçün bildirək ki, ötən həftə ərzində Türkiyənin TRT, Sabah, AA, DHA və digər nüfuzlu media qurumları Azərbaycan könüllülərindən bəhs edən reportajlar hazırlayıb, onların qardaş ölkədəki fəaliyyətlərini geniş şəkildə işıqlandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

End of content

No more pages to load

RADİO