ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərlə bağlı əlavə 100 milyon dollar yardım ayırılacağını açıqlayıb", - deyə dövlət katibi qeyd edib.
E.Blinken əlavə edib ki, bunu nəzərə alaraq, ABŞ-ın zəlzələ ilə bağlı dəstək göstərmək üçün humanitar yardımı 185 milyon dollar təşkil edəcək.
O bildirib ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yardıma yönəldiləcək.
Bizim.Media