Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan vəzifəsindən azad edilib.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənisatn prezidenti Serj Sarkisyan fərman imzalayıb.
Sarkisyanın digər fərmanı ilə, onun yerinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib.
Ermənistan prezidentinin daha bir sərəncamı ilə Qorik Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.