“Marriott International” otellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson vəfat edib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Xərçəng xəstəliyi ilə mübarizə aparan Arne Sorenson 62 yaşında həyatını itirib.
Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı.
Bizim.Media