Bu əməliyyatın məqsədi, dünya bazarlarında əlverişsiz vəziyyət və neft gəlirlərinin 70% azalmasına, Cənubi Amerika ölkəsinin büdcəsinin doldurulmasına yönəldilib. Bundan əlavə, bu il Venesuela xarici borc üzrə 9,5 milyard ABŞ dolları ödəniş etməlidir və bu pulun 2 milyard ABŞ dollarını fevral ayında ödəməlidir. Hal-hazırda Venesuelanın beynəlxalq ehtiyatlarının həcmi 15,3 milyard ABŞ dollar təşkil edir və 65% -i qızılın payına düşür. Eyni zamanda ölkənin pul ehtiyatı 2,4 milyard ABŞ dolları həcmindədir, bu barədə “El Universal”x9d portalı yazır.
Hətta 2012-ci ildə Venesuela Avropadan öz ərazisinə 9 milyard ABŞ dolları dəyərində olan 160 ton qızılı geri qaytarıb. Venesuela bu qızılın təxminən 15%-ini ( 50 ton ) maliyyə əməliyyatları aparmaq üçün xaricdə saxlayıb. O zaman Venesuelanın prezidenti olan mərhum Uqo Çaves deyirdi ki, Karakas operativ beynəlxalq valyuta ehtiyatlarını “dost”x9d ölkələrində - Braziliya, Çin və Rusiyada yerləşdirməyi planlaşdırır. Tərcümə etdi: Ramil Həsənli.