Türkiyənin Təbrizdəki Konsulluğunun divarına başsağlığı baneri vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Azad İran məlumat yayıb.
Məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Türkiyədə baş verən zəlzələ və çox sayda insanın həlak olması ilə bağlı ölkənin Təbrizdəki Konsulluğunun divarına "Acınız acımızdır!" yazılı baner vuraraq, Türkiyə xalqının dərdinə şərik olublar.
Bizim.Media