Bu gün bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən Vətənə təxliyə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilir.
Bildirilib ki, təxliyə avtobusu fevralın 10-da saat 17:00-də Adana avtovağzalından Azərbaycana yola düşəcək.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.
Bizim.Media