“Meta” korporasiyası ABŞ-nin keçmiş Prezidenti Donald Trampın “Facebook” hesabını bərpa edib.
Bizim.Media xarici KİV-in araşdırmasına istinadən xəbər verir ki, Trampın hesabında sonuncu yazı 2021-ci il yanvarın 6-na, onun tərəfdarlarının Kapitoliyə basqın etdiyi vaxta təsadüf edir.
Qeyd edək ki, siyasətçinin sosial şəbəkə hesabının bloklanmasının səbəbi də budur.
Bizim.Media