"Kahramanmaraşda baş verən 7.7 və 7.6 ballıq zəlzələdə dağıntılardan xilas edildikdən sonra sıxılma sindromu yaşayan təxminən 800 xəstə var".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyrək Fondunun rəhbəri Timur Erk deyib.
Erk bildirib ki, sıxılma sindromundan əziyyət çəkən təxminən 800 xəstənin təcili müalicəyə ehtiyacı var:
"Fondumuz dağıntılar altında qalaraq sıxılma sindromu olan xəstələrin müalicələrini həyata keçirməsi üçün lazım olan bütün işləri görür. Bütün zərərçəkənlərə kömək etməyə çalışırıq".
Bizim.Media