Türkiyədə sosial media platformalarında zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 274 nəfər aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 31 nəfər saxlanılıb, 9-u barədə həbs qərarı çıxarılıb. Məlumata görə, vətəndaşların xeyirxahlığından sui-istifadə etmək istəyən saytlar bağlanıb.
Bizim.Media