Bu gün açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Limanına qədər olan metro xətti Türkiyənin ən sürətli metro xətti olacaq. Bu xətt üzrə qatarların sürəti saatda 120 kilometr olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.
"Bu, Türkiyənin ən sürətli metrosu olacaq. Kağıthanedən İstanbul Hava Limanına qədər gediş müddəti 24 dəqiqə təşkil edəcək", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, xəttin ümumi uzunluğu 69 kilometrə çatacaq.
Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.
Bizim.Media