“Twitter Blue” abunəliyinin qiyməti artırıldı.
Bizim.Media xəbər verir ki, “Twitter” “Android” istifadəçilərinə təqdim edəcəyi “Twitter Blue”-nun qiymətini artırıb.
“Android”-də 8 dollar, “iOS”-da 11 dollar olan abunə haqqı “Android”-də 11 dollara yüksəldilib.
İstifadəçilərə mavi işarə nişanı və uzun videoların yüklənməsi kimi üstünlüklər təklif edən “Twitter Blue” hazırda yalnız ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Yaponiyada mövcuddur .
Bizim.Media