Amerika Birləşmiş Ştatları Rusiya ərazisində “total hibrid müharibə”yə başlayıb və NATO tərəfdaşlarına pul qazandıraraq onları hərbi-sənaye kompleksini maliyyələşdirməyə məcbur edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov jurnalistlərə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının üzvləri Amerika hərbi-sənaye kompleksinin intibahını maliyyələşdirməyə məcburdurlar.
Diplomatik missiyanın rəhbəri həmçinin vurğulayıb ki, Rusiya hakimiyyəti heç bir ölkəni nüvə silahından istifadə ilə hədələməyib.
O, bu cür mesajları “boş və məsuliyyətsiz” adlandırıb.
Bizim.Media