Zelenski Rusiya prezidentinin sağ olduğuna əmin olmadığı üçün Putinlə danışıqlardan imtina edir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Davosda keçirilən “Ukrayna səhər yeməyi”nə canı bağlantı zamanı danışıb.
"Bu gün kiminlə danışacağımı və nə danışacağımı tam başa düşə bilmirəm. Hərdən xromakeydə görünən Rusiya prezidentinin sağ olduğuna əmin deyiləm. Bilmirəm, qərarı o verir, yoxsa başqası. Bu insanlar kimlərdir? Heç bir məlumatım yoxdur".
Zelenski sülh danışıqlarından da söz açıb: “Bununla bağlı aparılan söhbətlər sülh demək deyil. Bunu anlamaq lazımdır. Rusiya Federasiyasının hələ də ərazimizdən çəkilmək şansı var. Heç kim demir ki, münasibətləri bərpa etmək mümkün deyil. Mümkündür. Bununla o, öz xalqının həyatını xilas edə bilər”.
Bizim.Media