Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Rusiya ilə bağlı siyasətini Adolf Hitlerin “yəhudi məsələsi”ni həll etmək cəhdləri ilə müqayisə etdiyinə görə üzr istəməlidir.
Bizim.Media xəbər verir ki, bu bəyanatı Avropa Yəhudi Konqresi (AYK) verib.
Mətn konqresin saytında yerləşdirilib.
"Biz nazir Lavrovun demokratik ölkələrin koalisiyasının hərəkətləri ilə Holokost zamanı Hitler tərəfindən altı milyon yəhudinin təqib və qətli arasında apardığı bu biabırçı müqayisədən şoka düşdük", - deyə AYK-nin prezidenti Ariel Muzikant bildirib.
Onun sözlərinə görə, bu, faciənin ideyasını təhrif edir: “Mövzu ilə bağlı Rusiya nazirinin izahını gözləyirik”.
Bizim.Media