Avropa Şurasının sədri Şarl Mişel Ukraynaya yola düşüb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“Mən Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün, eyni zamanda bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda mübarizə aparırlar”.
Mişel Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı olduğunu da qeyd edib.
Bizim.Media