ABŞ-ın hazırkı prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini tezliklə açıqlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Hill” qəzeti yazıb.
Nəşr qeyd edir ki, Co Bayden fevralın 7-də amerikalılara illik müraciətindən sonra yenidən prezident seçilmək niyyətini açıqlayacaq.
Co Bayden 2024-cü il prezident seçkilərində iştirakına bir müddət öncə ehyam vurub. Ancaq rəsmi olaraq onun namizədliyi açıqlanmayıb. ABŞ-ın keçmiş prezidenti Donald Trampın da seçkilərdə iştirakı gözlənilir.
Xatırladaq ki, Co Baydenin 81, Donald Trampın 77 yaşı var.
Bizim.Media