İtaliyanın şimalındakı Bodio Lomnago qəsəbəsində yerləşən Enoplastik şirkətinin sahibi öz işçilərinə miras buraxıb. Bu barədə məlumat BBC-də yer alıb.
Məlumata görə, şirkətin sahibi Piero Macchi ötən ilin iyun ayında 87 yaşında vəfat edib. O, ölməzdən qısa müddət əvvəl vəsiyyətini dəyişib və fabrikində işləyən 250 nəfərə 1.5 milyon avro pul ayırıb.
İşadamı bu pulun Yeni il gecəsində işçilərinə verilməsini vəsiyyət edib.
Vəsiyyət açıqlandıqdan sonra şirkət sahibinin həyat yoldaşı Yeni il gecəsi məktub yazaraq, onlara düşən payı da zərfin içinə qoyub.(Musavat.com)