Apple şirkəti hələ də bu ilin sonuna kimi öz ilk “Qarışıq reallıq” (AR + VR / Mixed Reality) cihazını təqdim etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət ilk öncə planlaşdırmış olduğu “AR” eynəkləri müəyyən müddətə kimi təxirə salıb və onun nə zaman satışa çıxacağı bilinmir.
Qeyd edilib ki, “AR” eynəyin əvəzinə şirkət ya 2024-cü ya da 2025-ci ildə bu ilki MR cihazının daha büdcəli versiyasını təqdim edəcək.
Şirkətin öz planını dəyişməsi eynəklərin istehsal prosesində müəyyən problemlərlə qarşılaşdığından xəbər verir.
Bizim.Media