Finlandiya Rusiyanın Murmansk şəhərindəki Baş Konsulluğunu müvəqqəti olaraq bağlayıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb kimi diplomatik missiyanın əsas vəzifələrinin əhəmiyyətli dərəcədə azalması göstərilib.
Qeyd edilib ki, Finlandiya hökuməti Rusiya vətəndaşlarının istənilən Şengen vizası əsasında turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edib.
Rusiya vətəndaşları Finlandiyaya yalnız işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün gedə bilərlər.
Bizim.Media