Fars-erməni birliyinin NÖVBƏTİ İFŞASI – Tehran-İrəvan qardaşlaşmasının SİYASİ MOTİVLƏRİ

Şəhərlərin qardaşlaşması təcrübəsi uzun illərdir ki dünyanın bir sıra ölkələrində istifadə olunan anlayışdır. Qardaşlaşma əksərən mədəni-sosial hadisə hesab edilsə də, bəzən siyasi məqsədlər də bu məsələdə ön plana çıxır. 

Məsələn, İran və Ermənistan şəhərləri arasında qardaşlaşma ənənəsinin son aylarda gəldiyi vəziyyət bunun ən bariz örəniyidir.

Nə təsadüfdürsə, son aylarda iki ölkənin şəhərləri arasında qardaşlaşma artıq ənənəyə çevrilməyə başlayıb. Elə 2022-ci ilin noyabrında İranın Kirman və Ermənistanın Sərdarabad (Armavir) şəhərləri qardaşlaşdı. Yanvarın 17-də isə iki ölkənin paytaxtlarının qardaşlaşacağı elan edildi. 

Müqayisə üçün qeyd edək ki, ötən ilin noyabrından əvvəlki 30 il ərzində İran və Ermənistan şəhərləri arasında cəmi iki qardaşlaşma olub.

Bəs, hardan çıxdı bu qardaşlıq?

İran və Ermənistan şəhərlərinin birdən-birəmi qardaşlaşmaq yadlarına düşdü? Yaxud da bu təsadüfdürmü? Təbii ki, deyil.

Azərbaycan-İran münasibətlərinin gedişatı ilə analogiya aparsaq, qardaşlaşmalarda hər hansı təsadüfün olmadığını görərik. Belə ki, Azərbaycan-İran münasibətlərində ötən ilin avqustundan başlayaraq gərginlik daha çox sezilməyə başladı. İstər İran rəsmilərinin ritorikası, istərsə də vaxtaşırı sərhədlərimizdə keçirilən təlimlər bunun əyani sübutu idi.
Azərbaycan isə İranın bu addımlarına Türkiyə ilə birgə təlimlərlə cavab verdi. Elə həmin günlərdə İranın Qafanda, Ermənistanın da Təbrizdə konsulluq açması məsələsi gündəmə gətirdi. Doğrudur, Ermənistana Güney Azərbaycanda konsulluq açmaq müəssər olmadı. Amma İran heç bir məntiqli, diplomatik səbəb olmadan, qaçaqaçla təmir edilmiş binanı konsulluq adı ilə istifadəyə verdi. 

Digər tərəfdən, oktyabrın 20-də konsulluğun açıldığı zamanlarda ictimaiyyətin diqqəti daha çox bu məsələyə yönəldiyindən, Kirman-Sərdarabad qardaşlaşması ikinci planda qaldı. Amma Tehran-İrəvan arasında oxşar addımın atılması bunun da ümumi prosesin bir parçası olduğunu nümayiş etdirdi.

Təəccüblənmək üçün səbəb yoxdur

Torpaqlarımızın işğal altında olduğu dönəmlərdə İran Ermənistanla münasibətlərdə saman altından su yeritməyi daha məqbul sayır, mövqeyini açıq ifadə etmirdi. Lakin 44 günlük savaş başladıqdan sonra molla rejiminin “maskası cırıldı”, kimin kim olduğu açıq göründü. İran da Ermənistanla dost, qardaş olduğunu gizlətmədi, əməlləri ilə açıq şəkildə göstərdi.

İndi də fars-erməni qardaşlığı paytaxt qardaşlaşması formasında özünü göstərdi. Təxmin etmək olar ki, Azərbaycanın İsraildə səfirlik açması Tehranı pis-yaxşı cavab tədbiri kimi görülə biləcək addım atmağa sövq edib. 
Sonda haşiyə çıxıb, qeyd edək ki, Bakı da Təbrizlə qardaşlaşmış şəhərdir. Zorla ayrılmış Şimali və Cənubi Azərbaycanın paytaxtlarının qardaşlaşmasından təbii heç nə ola bilməzdi. Görəsən, Tehranla İrəvan arasında hansı analogiya aparılıb? Yəqin ki, hər iki şəhərin türk tarixini deyil...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Masallıda yük maşını yandı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Almaniyada həddindən artıq isti havadan sonra güclü dolu yağdı – VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Maşın Qudyalçaya aşdı: Sürücü yuxulu imiş - VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Prezidentlərin Şuşa görüşündən ən yaddaqalan ANLAR – VİDEO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

75 yaşlı qadın sirkədən zəhərlənib öldü

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Alsu boşandıqdan sonra şəxsi həyatı haqda İLK DƏFƏ danışdı

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Prokuror "Beniz"ə ağır cəza istədi

Prokuror "Beniz"ə ağır cəza istədi

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

Aqrar təyinatlı torpaqların 5 ha-dan kiçik hissəyə bölünməsinə İCAZƏ VERİLMƏYƏCƏK

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manatlıq rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR - FOTO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

“Zara”nın "ölümcül şalvar"ları: Dəbsevərlər kütləvi şəkildə yıxılırlar – FOTO-VİDEO

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə GÖRÜŞDÜ – FOTO

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olundu – DETALLAR

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxdılar – FOTO - VİDEO

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

Sviridenko Zelenskinin vəzifə təklifini RƏDD ETDİ

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

İlham Əliyev və Pelleqrini biri-birilərinə hədiyyələr təqdim etdilər – FOTO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Azov dənizində daha 11 Rusiya gəmisi vuruldu - VİDEO

Deputatlar tətilə ÇIXDI

Deputatlar tətilə ÇIXDI

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

Azərbaycanda yaşayan əcnəbilərlə bağlı prosedurlar DƏYİŞDİRİLİR

End of content

No more pages to load

RADİO