Ukraynanın Baş naziri Denis Şmıqal Brovarıdakı qəzanın araşdırılması üçün xüsusi işçi qrupun yaradılması barədə tapşırıq verib.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.
Eyni zamanda, hadisə şahidlərindən dərhal polisə müraciət etmələri də xahiş olunub.
Qeyd edək ki, qəza nəticəsində 19 nəfər ölüb, 29 nəfər yaralanıb.
Bizim.Media