Ukrayna Daxili İşlər Nazirliyi Kiyev vilayətində baş verən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama yayıb.
Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, qəzanın baş vermə səbəbləri arasında helikopterdə texniki nasazlıq, təhlükəsizlik qaydalarının pozulması və diversiya ehtimalları mümkün sayılır.
Xatırladaq ki, Brovarı şəhərində baş verən qəzada 19 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Bizim.Media