Microsoft korporasiyası yaxın günlərdə təxminən 11 min işçisini ixtisar edəcəyini elan edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sky News telekanalı yayıb.
Qərar təsdiq olunarsa, yanvarın 24-də maliyyə hesabatları dərc olunanadək bununla bağlı məlumat veriləcək.
Ümumilikdə şirkətdə 220 mindən çox işçi çalışır, azalma işçilərin ümumi sayının 5%-nə təsir edəcək.
“Microsoft”un sözçüsündən ixtisarlarla bağlı şərh vermək istənildikdə, o, “şayiələr və ya fərziyyələr şərh edilmir” sözlərini deyib.
Bizim.Media